Şəkərli diabetdən əziyyət çəkən insana spirtli içki olar?

20-04-2025, 11:17           
Şəkərli diabetdən əziyyət çəkən insana spirtli içki olar?
"Alkoqol şəkərli diabetdən əziyyət çəkən insanlar üçün inanılmaz dərəcədə təhlükəlidir".

Oxu.Az xəbər verir ki, bunu "Veçernyaya Moskva" nəşri ilə söhbətində həkim-endokrinoloq və genetik Kristina Kuznetsova deyib.

Mütəxəssis xəbərdarlıq edib ki, spirt mühüm orqanların işini pozur, onlardan biri məhz şəkər xəstələri üçün zəruri olan insulin istehsal edir.

"Alkoqol şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çox qorxulu bir şeydir. O, ölümə səbəb ola bilər, çünki o, insulin istehsal edən qaraciyər və mədəaltı vəzinin fəaliyyətini pozur", - deyə K. Kuznetsova izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru