ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq

29-03-2018, 08:55           

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq.



APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.



“Sülhməramlılıq ümumi məsuliyyətdir. Hamımız öz töhfəmizi verməli və hər kəs daha çox səy göstərməlidir”, deyə N.Heyli qeyd edib.



Hazırda ABŞ BMT-nin əsas maliyyə mənbəyidir və 2018-ci ildə büdcənin 28,5% təmin edib. N.Heyli bildirib ki, ABŞ qanunlarına görə Vaşinqton BMT-nin büdcəsinə 25%-dən az ödəyə bilər. Ödənişlərin həcminə görə ikinci yerdə Çindir - 10%.



Qeyd edək ki, BMT Baş Assambleyası ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini ötən ilin sonunda təsdiq edib. Budcə 5,39 milyard dollar təşkil edib, bu göstərici əvvəlki iki illik büdcə ilə müqayisədə 166 milyon dollar azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru