Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq etdiyi sanksiyaları dayandırmağa hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Reuters” bu gün məlumat yayıb. “Avropa İttifaqı Belarusa qarşı tətbiq edilən sanksiyaların bəzilərini çox güman ki, ləğv edəcək. Bura o cümlədən prezident Aleksandr Lukaşenkonun Qərb ölkələrinə səfərlərinə qoyulan qadağanın götürülməsi daxildir. Lukaşenko ötən ay siyasi məhbusların bir qrupunu həbsdən buraxıb” - deyə diplomatik mənbələrdən bildirilib.