Rusiya XİN: Hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ düyününün açılmasını tezləşdirək

17-09-2015, 21:06           
Rusiya XİN: Hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ düyününün açılmasını tezləşdirək
Mariya Zaxarova: “Biz sülh prosesinin məsul iştirakçısıyıq”

TİA.az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan bizim təkcə siyasi sahədə deyil, iqtisadi və digər sahələrdə də tərəfdaşımızdır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr inkişaf edir. Ümid edirik ki, əlaqələrin bu səviyyəsi qorunub saxlanılacaq və inkişaf etdiriləcək”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. M. Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Bildiyiniz kimi, Rusiya bu münaqişənin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Biz bu sülh prosesinin məsul iştirakçısıyıq. Ona görə də, hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ münaqişəsi düyünün açılmasını tezləşdirək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.