Avropa Birliyi Kiyevə öz büdcəsinin 1%-i miqdarında maliyyə yardımı etməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı milyarder Corc Soros söyləyib.
Onun sözlərinə görə, Avropa Ukraynaya daha çox diqqət yetirməlidir:
“Avropa Birliyinin parçalanması üçün əsas təhdid hazırda avro problemi, Yunanıstandakı situasiya, miqrasiya və Britaniyadakı referendumdur. Lakin Avropa Birliyi bunlardan daha çox Ukrayna amilini ön sıraya çıxarmalıdır. Əgər Kiyevə yardım olunmazsa, o zaman ölkə bankrot olacaq. Bu isə daha 40 milyon insanın Avropa Birliyinə qaçmasına şərait yaradacaq”.