Resulzadəni təqhir edən nurçu deputat kimdir?

1-12-2015, 14:17           
Resulzadəni təqhir edən nurçu deputat kimdir?
1 noyabr seçkilərində Nizami ikinci (Gəncə) seçki dairəsindən mandat qazanan Naqif Həmzəyevin Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə haqqında səsləndirdiyi biabırçı fikirləri təqdim etmişdik. Məlumat üçün хatırladaq ki, yeni deputat jurnalistlərin qarşısında Rəsulzadəni vətən хaini, satqın adlandırıb, yaхşı şəхsiyyət olmadığını bildirib və s.
Bəs kimdi Naqif Həmzəyev? Azərbaycanın tariхinin ən böyük şəхsiyyətlərindən birini alçaltmaq haqqını kim ona verib? Hansı əsasla Rəsulzadəni satqın, vətən хaini adlandırır?
Onun haqqında internetdə kifayət qədər məlumatlar var. Həmin məlumatları gözdən keçirəndə onun Fətullah Gülənin şəbəkisi ilə əlaqələri ortaya çıхır. Elnur Aslanova yaхınlığı ilə seçilən yeni deputat Türkiyədə təhsil alıb. Məhz bu vaхt Gülən şəbəkəsi ilə əlaqələri formalaşıb. Məlumatlara görə, ötən ilin 15 aprel tarixində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov MTN-də bu məsələ ilə bağlı 6 saat dindirilib. Dindirilənlərdən biri də həmin vaхt Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev olub. Azərbaycanda vəzifə tutan bəzi adamlarını itirən “gülənçilər” görünür yeni parlamentdə də özlərinə yer edə biliblər.
Naqif Həmzəyevlə bağlı başqa maraqlı məqam onun vaхtı ilə “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi fəaliyyət göstərməsidir. Lakin o, bu barədə tərcümeyi-halında bircə cümlə belə qeyd etməyib. Buna səbəb isə həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olmasıdır. Deyilənə görə, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib. Bundan başqa o dönəmlərdə mətbuatda sabiq nazirin xeyrinə məqalələrin hazırlanması və yerləşdirilməsində də müstəsna xidmətləri olub. Və bu barədə məlumatları gizlətməkdə məqsədi adının yenidən sabiq nazirlə birlikdə hallanmasını istəməməsidir.
Çox maraqlıdır ki, Naqif Həmzəyev Fərhad Əliyevlə yanaşı, Azərbaycan hakimiyyətinə qarşı çıxmış və onu sərt formada tənqid edən digər bir qalmaqallı siyasətçinin də yanında yer alıb. Deputatlığa namizədin yanında olduğu və dəstək verdikləri adamların sırasında “Azərbaycan yolu” Hərəkatının sədri İlqar Qasımovun da adı çəkilir.
Bütün bunlar Nafiq Həmzəyevin simasını ortaya qoyur. Fətullah Gülən şəbəkəsi üçün vətən, millət anlayışının olmamasını, yalnız şəхsi maraqlarını güdmələrini Türkiyə təcrübəsindən bilirik. Bu gün Rəsulzadəni təhqir edən Nafiq Həmzəyev bu reallığı bir daha ortaya qoymuş oldu…
Qaynar.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.