Vüsalə Mahirqızından : "Türkiyə ilə, Qərblə bağlı məsələlər olanda "oddan köynək geyinən"lərin səsi gəlmir."
14-08-2020, 14:11
Münasibət bildirməməyə söz vermişdim, amma adam dayana bilmir.
Prezident ortaya çox prinsipial mövqe qoyub, Dövlətin marağını, cəmiyyətin narahatlığını ifadə edib. Dağlıq Qarabağ məsələsi ilə bağlı Serbiyaya, daha sonra isə Rusiyaya prinsipial mövqe göstərib, torpaq məsələsindəki güzəştsizliyini qeyd edib.
Dünəndən müşahidə edirəm, xeyli adam "yoxa çıxıb". Səbəb? Hardadı, "facebook ziyalıları"? Hardadı parlament üzvləri? Statuslar, çıxışlar ancaq yaltaqlıq üçün lazımdı? Türkiyənin bugünkü duruşunu mədh eləmək çox asandı, Rusiyanın Ermənistanı silahlandırmasına münasibət bildirin görək. Niyə susursunuz?! Hardadı özünə "milli" deyən media?! Türkiyə ilə, Qərblə bağlı məsələlər olanda "oddan köynək geyinən"lərin səsi gəlmir. Hanı ömrü boyu hakimiyyəti "ruspərəstlik"də ittiham edən müxalifətçilərin dövlət mövqeləri, antirus çıxışları? Sərf eləmir?
Əlbəttə, bütün suallarım ritorikdi. Mən bu sualların cavabını bilirəm. Onu da bilirəm ki, yenə növbəti parlament seçkilərində bu gün "danışaram, Rusiyanın, Türkiyənin və s xoşuna gəlməz" deyənlər mandatı ciblərinə qoyacaq. Bilirəm ki, "obrazavonski media nümayəndələri" başa keçiriləcək ( bu arada-yerimdən məmnunam))))) Bilirəm ki, yenə müxalifət eyni yorucu nitqlərinə davam edəcək...
Amma bütün bu bildiklərim bir həqiqəti dəyişmir, heç vaxt da dəyişməyəcək: Ortada bircə Müqəddəs var-Azərbaycan Dövləti və onun marağı. Onun marağına qarşı gələn heç kim, heç yer dost ola bilməz!
Vüsalə Mahirqızı
Teref.az