Deputat Bəxtiyar Əliyev Ramiz Mehdiyevin kitabının elmi redaktoru kimi

27-08-2020, 16:24           
Deputat Bəxtiyar Əliyev Ramiz Mehdiyevin kitabının elmi redaktoru kimi
Bəs akademik Ramiz Mehdiyevin əsərləri barədə yazılmış məqalələr toplusunu bu gündən internetdən kim və niyə silib???
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi çap etdiyirdiyi «FƏLSƏFƏ» kitabını vərəqləyirik. Rəyçilərə diqqət etdik:
Kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası buraxıb. Layihənitı rəhbəri: AzərTAC-ın baş direktoru
Aslan Aslanov, kitabın Elmi redaktoru BDU-nun kafedra müdiri, AMEA-mn müxbir üzvü, AAK-ın psixologiya üzrə Ekspert Şurasının sədri,
25 ildir Ağdam rayonundan deputat Bəxtiyar Əliyev, redaktoru AzərTAc-m baş direktorunun müavini Dağbəyi İsmayılovdur. «Mehdiyev R.Ə.
Fəlsəfə. Dərs vəsaiti. Bakı, "Şərq-Qərb", 2010, 360 səh.».
Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs
vəsaiti kimi tövsiyə olunmuşdur.
Kitabın məzmunu və mahiyyəti barədə heç nə deyə bilmərik. Bir halda ki, akademikin bu kitabı Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyyə olunub, deməli, lazımlı kitabdır və s. Ama bizi bir məsələ düşündürür: iki gün əvvələ kimi B.Əliyevin Akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi baxışları, yaradıcılığı və s. barədə elektron KİV-lərdə dərc olunmuş və sosial mediada, eləcə də şəbəkələrdə paylaşılmış məqalələr toplusu yerləşdirilmiş link bu gün açılmır. Bu barədə «Təzadlar»a məlumat verən AMEA əməkdaşlarından biri bunu təsdiq edən sübutları da bizə göndərib… Özümüz də bunun canlı şahidi olduq (fotolar təqdim edilir).
Bax belə! Ey gidi dünya, biz bu cür məqsəd və məramla hara gedirik??? Ziyalıları belə üzü və özü dönükdürsə, onda bu səmiyyət neyləsin, başına haranın… qarını töksün?! P.S.İndi döşənib Mehdiyevi təriflədikləri yazıları saytlardan pul verib sildirirlər... Ayıq olun!
Mahmud















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.