Müharibə gedir, İsrail xalqı hakimyyətin ətrafında səfərbər olacaq, amma...

Bu gün, 08:34           
Müharibə gedir, İsrail xalqı hakimyyətin ətrafında səfərbər olacaq, amma...
İsrailin milli maraqları və beynəlxalq təhlükəsizliyin təmin edilməsi zərurəti ilə Netanyahunun bu müharibəni başlamağa vadar edən motivlər çox fərqlidir. Hələ 2000-ci ilərin əvvəllərində yazdığım məqalələrdə İran probleminin həlinin zəruri olduğunu qeyd etmişəm. Məsələ ondan ibarətdir ki, regiondakı gərginliyin əsas mənbələrindən biri İrandır. Öz əlaltıları, ilk növbədə şiə qruplaşmaları hesabına regionda qaynar ocaqlar yaradaraq İran özünün geosiyasi proseslərdəki iştirakını təmin edir. Beləliklə, İran özünü bütün islam dünyasının maraqlarının yeganə ifadəçısı kimi beynəlxalq əlamə sırımaq istəyir. Başqa sözlə desək, regiondakı qaynar ocaqlar İranın regional və bir sıra hallarda qlobal güc kimi mövcudiyyətini təmin edir.
Sözsüz ki, bu baxımdan İran probleminin həlli İsrailin də maraqlarına cavab verir. Amma Netanyahunun bu müharibəni başlamağa sövq edən motiv tam başqadır. Hakimiyyət onun üçün, az qala Putin qədər şəxsi təhlükəsizliyini təmin edən yeganə vasitədir, variantdır. Qalan bütün hallarda onu həbsxana gözləyir. Özü də söhbət, beynəlxalq deyil, İsrail məhkəməsindən gedir. İsrail xalqı ona 7 oktyabrda baş verənləri heç vaxt bağışlamayacaq.
Amma nə qədər ki, müharibə gedir, İsrail xalqı hakimyyətin ətrafında səfərbər olacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq. Müharibə qurtarana qədər...
Рауф Миркадыров
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.