Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanları başlayır

Bu gün, 10:06           
Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanları başlayır
İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.

İmtahanlar iyunun 18-20, 24 və 25-i tarixlərində olacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

İyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, iyunun 19-da coğrafiya, ibtidai sinif, iyunun 20-də ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı, iyunun 24-də biologiya, kimya, iyunun 25-də isə fizika və informatika fənlərini tədris edən müəllimlərin sertifikasiyası keçiriləcək.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.