Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi

18-06-2025, 07:58           
Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edilib.

Teleqraf “Fox News”a istinadən xəbər verir ki, təqdimat konqresmenlər - respublikaçı Tomas Messi və demokrat Ro Hanna tərəfindən edilib.

"Bu, bizim müharibəmiz deyil. Hətta bizim müharibəmiz olsaydı belə, Konstitusiyamıza uyğun olaraq Konqres belə məsələləri həll etməlidir", - Kentukki ştatından olan konqresmen Tomas Messi deyib.

Qətnamədə qeyd edilir ki, Konqres müharibə elan etmək üçün müstəsna hüquqa malikdir.

Nümayəndələr Palatasının üzvü, Kaliforniya ştatını təmsil edən Ro Hanna isə Yaxın Şərqdə daha bir fəlakətli münaqişəyə cəlb olunmaq istəmədiklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru