"Qarabağ" braziliyalı futbolçunun transferini elan etdi

18-06-2025, 10:44           
"Qarabağ" braziliyalı futbolçunun transferini elan etdi
"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın "Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi "Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi "Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu "Fluminense”, həmçinin "Atletiko Paranaense”, "Vitoriya” və "Yuventud”un şərəfini qoruyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru