Metropolitenin yeni rəisi torpaq alverinə girişib

30-04-2015, 10:01           
Metropolitenin yeni rəisi torpaq alverinə girişib
Dərnəgül deposunun tikintisi üçün 461 min manat xərclənərək sökülən evlərin yerləri yenidən satışa çıxarılıb

«Bakı Metropoliteni» ASC-nin yeni rəisi Zaur Hüseynovun adı torpaq alverində hallanır. JAM.AZ xəbər verir ki, belə bir vəziyyətin yaranmasına səbəb isə Dərnəgül deposu ətrafında baş verən bəzi olaylardır.

Həmin məlumatlara görə, sözügedən deponun inşası üçün əlavə ərazilərə ehtiyac yaranıb. Və bu zaman ərazidəki evlərin bir qismi plana salınıb. Orada yaşayan vətəndaşların evlərini almaq üçün dövlət büdcəsindən 461 min manat pul da ayrılıb və xərclənib. JAM.AZ xəbər verir ki, alındıqdan sonra sökülən fərdi yaşayış evlərinin yerləri boş qalıb və orada şıdırğı alver başlayıb.

Məlumatda deyilir ki, həmin ərazilər yenidən fərdi evlər tikmək üçün çatışa çıxarılıb. Və işin ən ilginc tərəfi odur ki, bu prosesə Zaur Hüseynovun bilavasitə rəhbərlik etdiyi deyilir. Həmçinin izi itirmək üçün alqı-satqı işlərini Qarabağ əlillərinin adından həyata keçirirlər.

Ərazidə yaşayan insanlar isə həyacan təbili çalırlar. Onlar bildirirlər ki, bu ərazilərdə vaxtıyla tikintiyə icazə verilsə də, bundan sonra orada fərdi evlərin inşası qadağan olunmalıdır. Çünki həmin torpaqlarda ana su xətlərinin sanitar mühafizə qovşağı yerləşir. Və orada aparılan istənilən tikinti işləri həmin qovşağın zədələnməsinə gətirib çıxara bilər.

Bundan başqa, Bakı Metropoliteni ASC-nin sədri Zaur Hüseynovun torpaq alverinə girişməsinin utancverici hal olduğu deyilir. Bildirilir ki, böyük bir qurumun rəhbərinin belə kiçik işlərə baş vurması qətiyyən başadüşülən deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.