KİV: "Rusiyanın daxilinə "Storm Shadow" raketləri ilə ilk zərbə endirilib"

21-11-2024, 15:54           
KİV: "Rusiyanın daxilinə "Storm Shadow" raketləri ilə ilk zərbə endirilib"
Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın daxilinə Böyük Britaniyanın "Storm Shadow" qanadlı raketlərini atıb.

Bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbəsi bildirib ki, Britaniya hökuməti müvafiq icazəni Şimali Koreya qoşunlarının cəbhə xəttinə yaxın ərazidə yerləşdirməsinə cavab olaraq verib və London bunu eskalasiyaya doğru addım kimi qiymətləndirib.

Daha sonra "The Telegraph" nəşri Kursk vilayətinin Maryino kəndi yaxınlığında "Storm Shadow"un qalıqlarını aşkar edən şahidlərə istinadən Böyük Britaniya raketlərinin istifadəsi ilə bağlı məlumatı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru