Qış fəslinin vazkeçilməz çayları
Bu gün, 15:58
Qış fəslində bitki çayları soyuq havanın təsirindən qorunmaq, immuniteti gücləndirmək və bədəni isti saxlamaq üçün ideal seçimdir. Foodinfo.az qış fəslinin ən faydalı çaylarını təqdim edir:Zəncəfil çayı Ən faydalı çaylardan biri zəncəfil çayıdır. Soyuqdəyməyə qarşı təsirli olan bu çay həm də həzmi yaxşılaşdırır və bədəni istiləndirir. İtburnu çayı Bu çay C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir və qripə qarşı təsir göstərir. Çobanyastığı çayı Çobanyastığı çayı iltihab əleyhinə təsiri ilə sakitləşdirici xüsusiyyətlərə malikdir və yuxu keyfiyyətini artırır.Nanə çayı Bu bitki çayı soyuqdəymənin simptomlarını yüngülləşdirir, sinusları açır və həzmi asanlaşdırır. Darçınlı-mixəkli çayQış aylarında həmçinin darçın və mixək çayı bədəni istiləndirir, enerji verir və iltihablarla mübarizə aparır. Bu çayları təbii bal və ya limonla zənginləşdirərək təsirini artırmaq mümkündür. Gündəlik rasiona müxtəlif bitki çayları əlavə etməklə sağlam və rahat qış keçirə bilərsiniz.