Taysonun Ceyk Polla döyüşünə baxış sayı rekord vurdu

21-11-2024, 16:14           
Taysonun Ceyk Polla döyüşünə baxış sayı rekord vurdu
Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Taysonun yutuber Ceyk Polla döyüşü "Netflix" video platformasında canlı yayım üzrə bir neçə rekord qırıb.

Bu barədə "Netflix"in press-relizində məlumat yayılıb.

"Netflix" döyüşün indiyə qədər platformada ən çox izlənən qlobal idman müsabiqəsi olduğunu bildirib. Onu dünyada 65 milyon cihazda 108 milyondan çox izləyici izləyib.

ABŞ-də 6 mindən çox bar və restoranda döyüşü 1 milyondan çox tamaşaçı izləyib və döyüş növləri yarışlarının kommersiya yayımı üzrə rekord vurulub.

Qeyd olunur ki, Tayson-Pol döyüşündən əvvəl keçirilən qadınlar arasında yüngül çəki dərəcəsində çempion Keti Teylor və Amanda Serrano arasındakı döyüşü dünyada 74 milyon tamaşaçı izləyib. Eyni zamanda bu döyüş 47 milyon baxışla ABŞ tarixində ən çox izlənilən peşəkar qadın idman müsabiqəsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru