Ukrayna Britaniyanın uzaqmənzilli raketləri ilə Rusiyaya zərbə endirib

21-11-2024, 15:34           
Ukrayna Britaniyanın uzaqmənzilli raketləri ilə Rusiyaya zərbə endirib
Ukrayna Silahlı Qüvvələri ilk dəfə Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirib.

Bu barədə “Sky News” kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, müharibənin başlamasından 33 ay sonra Ukrayna Britaniyadan aldığı bu qabaqcıl silah növünü tətbiq edib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Cozef Bayden də Ukrayna ordusuna ABŞ-ın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücumlar həyata keçirməyə icazə verib.

Britaniya Baş Nazirliyinin sözçüsü məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru