Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib

20-11-2024, 17:19           
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərə gələn Türkiyənin Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı cənab Tahir Büyükakın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.
Görüşdə cənab Tahir Büyükakın Azərbaycanın paytaxtı Bakı şəhərində olmasından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib. O, Bakı şəhərinin gözəlliyini xüsusi olaraq qeyd edərək keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkilini qeyd edib. Qonaq həmçinin, son illərdə Azərbaycanın və Bakı şəhərinin sürətlə inkişaf etdiyini xüsusilə vurğulayıb.
Qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt Bakı şəhəri barədə məlumat verib və qonağa 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabını təqdim edib. Eldar Əzizov bu gün Bakı və regionların inkişafı sürəti ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru