"Belə bəyanatlardan sonra adam, "üzvü olduğum hökumət işləyə bilmir", deyib istefa verməlidir..."- REAL sədri Sahil Babayevə müraciət etdi

21-11-2024, 18:59           
"Belə bəyanatlardan sonra  adam, "üzvü olduğum hökumət işləyə bilmir", deyib istefa verməlidir..."- REAL sədri Sahil Babayevə müraciət etdi
TEREF yazır ki, REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə səhifəsində ƏƏSM naziri Sahil Babayevin çıxışını araşdıraraq yazır:
"Hökumət üzvləri, nazirlər 2-3 gündür ki, müxalifət kimi danışır - Allah axrlarını xeyrə calasın, oxuyanda bilmirsən güləsən, ya ağlayasan.
Sahil müəllim, bəyatınız o qədər bəsitdir ki, münasibət bildirmək də çətindir, sankı çıxıb, "günəş doğmalıdır ki, səhər açılsın, qaranlıq aydınlansın", deyirsiz, yəni, bu qədər bəsit sözlərdir.
Məğzini qoyaq kənara, "şikayət" edən hökumət üzvüdür, nazidir. Hörmətli Sahil müəllim, şikayət etməyin, iş görün, sual verməyin, izah edin: Niyə iş yerləri yaranmır? Kimdir günahkar, problemin köku nədir? İqtisadiyyat Nazirliyi pis işləyir? Bunu demək istəyirsiz?
Belə bəyanatlardan sonra adam, "üzvü olduğum hökumət işləyə bilmir", deyib istefa verməlidir..."
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru