Deputat: Ölkədə taksi çatışmazlığı var

21-11-2024, 16:24           
Deputat: Ölkədə taksi çatışmazlığı var
Müşfiq Cəfərov bildirib ki, taksi bazarında yaranmış son durumla bağlı təkliflərini irəli sürdü.
Hazırda bazarda taksi çatışmazlığı var. Köhnəlmiş maşınlar taksi kimi istifadədən çıxarılır, 15 ildən artıq istifadə edilmiş maşınlara taksi fəaliyyətində qadağa qoyulur".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.
O bildirib ki, prioritetlərdə taksi bazarının yenilənməsi ilə bağlı təşviqlərin də öz əksini tapması çox yaxşı olardı.
Deputat əlavə edib ki, velosipedlərin ölkəmizdə istifadəsi genişlənir: "Velosipedlərin və elektrikli avtomobillərin ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilsə, yaxşı olar".
Xatırladaq ki, 1 iyul 2024-cü il tarixindən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. İyul ayının 1-dək istehsal ili 15-dən çox olmayan və rəngindən asılı olmayaraq avtomobillərlə taksi xidməti göstərməyə icazə verilib. Amma iyul ayının 1-də müraciət edən taski sürücülərinə avtomobillərin istehsal ilinin 8 ilədək olması və rənginin ağ, yaxud qırmızı olması tələbi qoyulub.
Bundan öncə iqtisadçı Natiq Cəfərli bildirib ki, yeni təsdiqlənmiş qərar, taksilərin sayını azaldacaq: "Rəsmilər düşünür ki, Bakıda taksi sayı çoxdur. Ona görə də onun sayını iki-üç dəfə azaltmağa çalışırlar. Məntiqlə, iqtisadi qanunla təklif azaldıqda qiymət artır. Ona görə də taksi sayı azaldıqda qiymətlər artacaq. Sərt qərar taksi xidməti göstərənlərin sayını azaltdıqda, qiymətlərin ən azı iki dəfə artmasının şahidi olacağıq".
İyul ayında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.
"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək" - o, əlavə edib.
Əlavə edək ki, bu il martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") almalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.