“O başçıdan soruşmaq lazımdır ki, niyə xanımına yox, özgə qadına villa bağışlayıb?”

15-07-2022, 00:02           
“O başçıdan soruşmaq lazımdır ki, niyə xanımına yox, özgə qadına villa bağışlayıb?”
“Məhəmməd peyğəmbər (ə) kasıb adam idi. Varlı qadınla evləndi. Onun var-dövlətini başqa ölkələrə ticari yöndən xərcləyirdi. Onun heç nəyi yox idi. Amma bu gün elələri var ki, papağı, pulu, paltarları var, küçədə isə buna salam verən yoxdur. Ona görə də vəzifəyə ehtiyacları olur”.

“O başçıdan soruşmaq lazımdır ki, niyə xanımına yox, özgə qadına villa bağışlayıb?” Sosial

Bu sözləri Yenisabah.az-a haqqında bir qadına milyonluq villa bağışlaması iddiaları yayılan icra başçısı Siraqəddin Cabbarovla bağlı fikirlərini bölüşərkən Tibb eləmləri namizədi, Əməkdar müəllim Rəşid Mahmudov deyib.
O bildirib ki, niyə həyat yoldaşına yox, yad bir qadına milyonluq villa bağışladığını həmin icra başçısından lazımdır. R.Mahmudovun sözlərinə görə, vəzifəli şəxslər ictimai əhəmiyyət kəsb edən suallara cavab verməlidirlər.

Xatırladaq ki, bir neçə gün öncə, mərhum qazi Elvin Cəfərov Sabirabad rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun onun şikayətlərinə baxmadığına görə özünü yandırdığını demişdi. Bundan sonra mətbuatda “Bir xanıma villa hədiyyə edən Siraqəddin Cabbarov Qarabağ qazisinin ailəsini qəbul etmək istəmir. Qazilər yazır ki, bu adam niyə bizə nifrət edir?” məzmunlu fikirlər yer almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru