ABŞ İranı necə məhv edəcək? - DƏHŞƏTLİ SSENARİ

15-07-2022, 00:14           
ABŞ İranı necə məhv edəcək? -
“Vaşinqton Tehrana nüvə silahı əldə etməyə imkan verməyəcək. ABŞ hətta buna görə İrana güc tətbiq etməyə hazırdır”.

Bunu ABŞ Prezidenti Co Bayden İsraildə səfərdə olarkən deyib.

O bildirib ki, İran nüvə silahı əldə etməməlidir. Bayden hətta ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq qərarının “böyük səhv” adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidentinin İsraildəki bu sensasiyalı açıqlaması dünyada əsas gündəm mövzularından birinə çevrilib. Ağ Ev liderinin Tehranın hazırda nüvə silahlarına əvvəlkindən daha yaxın olduğunu bəyan edərək, İranı vura biləcəklərini deməsi xeyli diqqət çəkib.

Ekspertlərin bir qismi onun İsraildə olduğu üçün belə bəyanat səsləndirdiyini desə də, bəziləri isə bunu sadəcə blef adlandırıb.

Maraqlıdır, indiki vəziyyətdə ABŞ həqiqətən İranı vura bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, Baydenin bu açıqlamanı Şərqə gələndən sonra verməsi bunun arxasında başqa maraqlar olduğunu göstərir:


“Əslində ABŞ-ın İranın parçalanması ilə bağlı planı hələ 1997-ci ildən hazırlanıb. Hətta bu plan 1998-ci ildə “Amerikanın Silahlı Qüvvələri” adlı jurnalın 8-ci nömrəsində də dərc olunub. Həmin layihəyə görə İran 5 yerə parçalanmalıdır. Sözügedən plandakı İrandan sonrakı hədəf Rusiya və Çini parçalamaqdır. Ona görə də hücum etmək üçün İranın nüvə silahı əldə etməkdə maraqlı olması göstərilir. Düşünürəm ki, ABŞ tərəfi bu planı həyata keçirəcək”.

Onun sözlərinə görə, ABŞ-ın öz iqtisadi gücünü artırmaq üçün mütləq yeni müharibəyə ehtiyacı var:

“Çünki onlar 2003-cü ildən sonra heç bir müharibə etməyiblər. Hazırda da ABŞ iqtisadiyyatı çökmək üzrədir. Ona görə də ABŞ-a mütləq yeni sərvətlər lazımdır. İran da neft və qaz ehtiyatlarına görə dünyada ilk sıralardadır. Bu səbəbdən də Ağ Ev hansısa formada İranı müharibəyə cəlb etməyə və vurmağa çalışır. Hesab edirəm ki, ABŞ həqiqətən İranı vura bilər. Hətta İranın dağıdılma ehtimalı da çox yüksəkdir. Fikrimcə, İranın dağılması Rusiyanın da məhvinə səbəb olacaq. Buna görə Kreml bunun baş verməməsi üçün çalışacaq. Bütün hallarda ABŞ-İran qarşıdurması İranın məğlubiyyəti ilə nəticələnəcək. İndidən bunu proqnozlaşdırmaq olar”.

Elmir












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.