Cəmil Həsənli Milli Şuranın sədriliyindən istefa verir? - Yerinə real iki namizəd var...

27-07-2022, 08:15           
Cəmil Həsənli Milli Şuranın sədriliyindən istefa verir? -
Milli Şuranın sədri Cəmil Həsənli Londonda verdiyi müsahibədə deyib ki, qurumun sədrliyindən istefa verəcək. Bunu təşkilatda yeniliyin, cəncləşmənin zəruri olması ilə izah edib. Cəmil Həsənli bildirib ki, onun bu addımı heç də siyasətlə vidalaşması kimi yozula bilməz. Bundan sonra da, Milli Şuranın rəhbərliyində təmsil olacağını bəyan edib.
Ortaya maraqlı sual çıxır: müxalifətin birləşmiş modeli kimi təqdim edilən, əslində isə AXCP sədri Əli Kərimlinin orbitində olan bu təşkilata Cəmil Həsənlidən sonra kim sədrlik edəcək? Qurumun daxilindən verilən məlumata görə, hələlik bu posta real namizəd kimi iki şəxsin adı hallanır. Onlardan biri, qurumun Kordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylidir, digəri isə formal olaraq Müsavat Partiyasının üzvü sayılan, daha çox AXCP-yə yaxınlığı ilə seçilən Tofiq Yaqubludur.
Əli Kərimli Tofiq Yaqublunun sədr olmasında maraqlıdır. Müxalifətin maliyyə donoru rolunda çıxış edən dairələr isə Gültəkin Hacıbəylinin sədr olmasında israrlıdır. Son vaxtlar Gültəkin Hacıbəylinin Avropaya baş tutan mütəmadi səfərlərində Qərbin maliyyə institutları ilə bu istiqamətdə razılığın əldə edildiyi bildirilir. Bir sözlə, qarşıda bizi Milli Şuranın sədrliyi uğrunda gərgin mübarizə gözləyir.
Bu iki namizəddən heç biri güzəştə getməkdə maraqlı deyil. Qurumun daxilində Əli Kərimlinin nüfuzunun güclü olduğunu nəzərə alsaq, onda Tofiq Yaqublunun sədr seçilmə ehtimalı daha inandırıcı görünür. Belə olacağı təqdirdə Gültəkin Hacıbəyli mütləq mənada Milli Şuranı tərk etmiş olacaq. Bir sözlə, Cəmil Həsənlinin istefası təşkilatı gücləndirmək əvəzinə daha da zəiflədəcək…
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.