“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir – əziyyət çəkən isə əlil və qazidir

13-05-2024, 17:05           
“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir –
“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir – əziyyət çəkən isə əlil və qazidir
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müharibə veteranlarına qayğının olmasını nəinki dövlət qurumlarından, o, cümlədən özəl sektordan da, həmişə tələb edib. Təsadüfi deyil ki, cənab Prezident çıxışlarının birində bu məsələ ilə bağlı kifayət qədər aydın tələblərini diqqətə çatdırıb. “Dövlət və özəl qurumlar müharibə veteranlarına çox böyük diqqət və qayğı göstərməlidir. Onları incitməməlidirlər. Aidiyyatı qurumlara göstəriş verirəm. Həm dövlət, həm də özəl təşkilatlar onların sosial problemlərinin həlli istiqamətində çalışın, onlara qarşı ədalətsizlik qətiyyən qadağandır. Bu dövlət siyasətidir, mənim tələbimdir”. Göründüyü kimi cənab Prezident vətən uğrunda fədakarlıq göstərmiş hər bir şəxsə xüsusi önəm verir. Lakin təəssüflə qeyd edək ki, bəzi qurumlar, əsasən də, özəl sektorda cənab Prezidentin bu tələbinə əməl olunmur.
Conflict.az-a müraciət edən İbrahimov Xaliq Həsən oğlu bildirdi ki, 12.04.2017-ci il tarixində 41 №-li müqaviləyə əsasən “Ziyəddinoğlu” MMC adından Sultanzadə Orxan Kamal oğlu ilə Bakı şəhəri N.Rəfiyev küçəsi ev 29 ünvanında yerləşən 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü, bu sahədə yeni yaşayış tikintisini həyata keçirərərk, həmin binada mülkiyyəçinin mülkiyyətində olan 2 ədəd 73 kv.m. olan 2 otaqlı, tam təmirli, cəmi 146 kv.m. olmaqla və qarajı ilə mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürüb. “Ziyyəddinoğlu“ MMC eyni zamanda müvəqqəti yaşayış məqsədilə mənzil üçün aylıq 400 azn olmaqla, 24 ay, 9600 manat ödəməyi də, öz öhdəlikolaraq qəbul edib. Müqavilədə o, da qeyd edilib ki, tikinti işləri müqavilə müddəti başa çatdırılmadığı təqdirdə müqvilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi MMC öhdənisə götürüb. Şikayətçinin bildirdiyinə görə MMC bu günə qədər öz öhdəliyinə yerinə yetirməməkdə israr edir. Belə olan təqdirdə İbrahimov Xaliq Həsən oğlu Xətai rayon məhkəməsinə MMC-nin öhdliyinin yerinə yetirməməsindən Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət eedib. 19 yanvar 2023-cü il tarixli 2(011)-5954/2022 №-li iş üzrə məhkəmə araşdırmasından sonra hakim Pərviz Zamanlının sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimin çıxardığı qətnaməyə əsasən Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 29 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət, 2 ədəd, 2 otaqlı, cəmi 146 kv.m-dən ibarət tam təmirli mənzillər və qaraj “Ziyəddinoğlu” MMC-dən alınaraq İbarihimov Xalq Həsən oğluna verilməsi ilə bağlı Qətnamə çıxarılmışdır. Onu da qeyd edək ki, MMC-nin yaşayış binasənda müqavilədə göstərilən ölçüdə mənzillərin və qarajın olmamsı ilə bağlı iddiası məhkəmə araşdırması zamanı təsdiqini tapmammışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müasir tələblərə cavab verən yeni çoxmərtəbəli (20 mərtəbəli) yaşayış binasının 4,5,6,7,8,9,13,14,və 15-ci mərtəbələrində həmin ölçüdə mənzillər layihələndirilmişdir. Bundan başqa hakim Pərviz Zamanlılnın sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimin çıxardığı qətnaməyə əsasən 2021-2022-ci illər üçün 9600 manat kirayə haqqının və Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 29 ünvanında inşa edilmiş yaşayış binasında hər biri 73 kv.m-dən ibarət, 2 ədəd, 2 otaqlı, cəmin 146 kv.m-dən ibarət tam təmirli mənzillər İbarihov Xaliq Həsən oğluna təhvil verilənədək hər ay 400 manat kirayə haqqı “Ziyəddinoğlu” MMC-dən alınaraq İbarimov Xaliq Həsən oğluna ödənilməlidir.
“Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelliyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər”.
“Ziyəddinoğlu” MMC özünün müqavilə öhdəliyini yerinə yetirməməsinə rəğmən Bakı Apelliyasiya Məhkəməsinə Xətai Rayon məhkəməsinin çıxardığı Qətnamənin ləğv olunması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə Bakı Apelliyasiya Məhkəməsinin 5 may 2023-cü il tarixli 2(103)-3067/2023 qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-5954/2022 saylı iş üzrə 23 dekabr 202-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Lakin MMC hər iki Məhkəmə instansiyasının qərarını hələ də icra etməməkdə israrlıdır. Onu da qeyd edək ki, Bakı şəhər Xətai rayon İcra şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Vüqar Hüseynovun imzası ilə 24.04.2024-cü iltarixli 17/74 №200276/2023-23 nömrəli məktubla 07.05.2024-cü il tarixində saat 11.00-da qeyd olunan icra sənədinin vaxtı təyin edilmişdir. Xətai RPİ-dən ərazi üzrə sahə müvəkkilinin, rayon MKTB-nin səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunması həmin məktubda xahiş edilsə də, məhkəmə qərarı yenə də “Ziyəddinoğlu” MMC tərəfindən icra olunmayıb.
Onu da qeyd edək ki, İbarimov Xaliq Həsən oğlu I Qarabağ müharibəsi veteranı, II qrup əlildir.
-İllərdir ki, öz halal mülkümü almaq üçün mübarizə aparıram. Artıq səhhətim də, imkan vermir ki, bu işin ədalətlə başa çatması üçün mübarizəmi davam etdirim. Mətbuat vasitəsilə cənab Prezidentdən xahiş edirəm Sizin və Azərbaycan Məhkəmələrini qərarlarına hörmət etməyənlərin cəzasının qanunla verilməsi üçün aidiyyatı strukturlara göstəriş verin. Mən bu vətən üçün sağlamlığımdan keçmişəm. Lakin rahat kabinetlərdən kənara çıxmayanların hərəkətlərinə artıq dözə bilmirəm.

Məlumatda adı çəkilən qurum v ya şəxslərin də, cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.