Mete Qazoz qızıl medal qazandı və tarixdə ilkə imza atdı
13-05-2024, 12:17
Türkiyəli oxçu Mete Qazoz Açıq Havada Avropa Oxçuluq Çempionatının finalında sloveniyalı Den Habian Malavasiçə qalib gələrək qızıl medal qazanıb. Yeniavaz.com NTV-yə istinadla xəbər verir ki, Almaniyanın Essen şəhərində keçirilən çempionatda Mete Malavasiçi 6-0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. 2020-ci ildə Olimpiya, 2023-cü ildə dünya çempionu olan Türkiyə millisinin üzvü karyerası ərzində ilk dəfə Avropa çempionu olmağı bacarıb. “Kolleksiyamdakı yeganə çatışmayan parça bu gün qazandığım qızıl medalla tamamlandı. Daha da önəmlisi odur ki, kamandan oxatma tarixində Olimpiya, Dünya və Avropa çempionu titulunu eyni vaxtda daşıyan idmançı olmayıb. Bu qürur hamımıza məxsusdur”, - idmançı sosial şəbəkə hesabında yazıb.