Türkiyənin səsinə səs verən yoxdur

13-05-2024, 16:39           
Türkiyənin səsinə səs verən yoxdur
Türkiyə müntəzəm olaraq Ukrayna üzrə İstanbul danışıqlarının bərpasının zəruriliyi məsələsini gündəmə gətirir.

Editor.az bildirir ki, bu barədə Ankaradakı diplomatik mənbə məlumat verib. Onun sözlərinə görə, Türkiyə tərəfi danışıqlara hazır olması ilə bağlı hələlik cavab almayıb: “Məsələ bizim tərəfimizdən daima ən yüksək səviyyədə qaldırılır. Cənab prezident (Rəcəb Tayyib Ərdoğan) bu məsələni diqqətlə izləyir. Amma hələlik tərəflərdən konkret cavab yoxdur”, – agentliyin həmsöhbəti deyir.

Xatırladaq ki, fevral ayında Erdoğan Ukraynadakı münaqişəyə son qoymağa davam edəcəyini söyləyib. Elə həmin ay Rusiya prezidenti Vladimir Putin Taker Karlsona verdiyi müsahibədə demişdi ki, Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib.

Lakin Kreml aydınlaşdırıb ki, bu danışıqlar yalnız Rusiya Federasiyasının “yeni regionları” nəzərə alınmaqla mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.