Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb - FOTO
11-05-2024, 19:08
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin
təşkilatçılığı ilə Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 saylı
məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
101-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.
Tədbirdə səfirliyin əməkdaşları, «Birlik» Azərbaycan diaspora
təşkilatının fəalları və diaspora üzvləri, 20 saylı məktəb-gimnaziyanın
müəllim və şagird heyəti iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri
düzülmüş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əvvəlində
hər iki ölkənin himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kanikey Alimkulova
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının 20 nömrəli
məktəb-gimnaziyaya verilməsindən fəxr hissi duyduqlarını söyləyib.
O, qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsi
fonunda Heydər Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət
düşür. Şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan
kimiformalaşmasında Heydər Əliyev şəxsiyyətinin böyük əhəmiyyətli rolu
və təsiri vardır.
Açılış nitqindən sonra tədbir iştirakçılarına Heydər Əliyevə həsr
olunmuş “Azərbaycan böyük addımlarla irəlləyir” adlı sənədli film nümayiş
etdirilib. Film böyük rəğbətlə qarşılanıb və şagirdlərdə Heydər Əliyevin
keçdiyi şərəfli həyat yolu haqqında canlı təsəvvür yaranıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri
Lətif Qəndilov Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətlərin
qurulmasında çox mühüm rol oynadığını bildirmişdir. Azərbaycanın dövlət
rəsmiləri arasında ilk dəfə olaraq Qırğızıstana məhz Heydər Əliyevin səfər
etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək
“Manas”in dilinin ortaq dilimiz olduğunu söylədiyini xatırlatmışdır.
Səfir bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndərin yolunu davam
etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf
etdirməkdədir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusi
ilə Qırğızıstan Prezidenti Sadir Japarovun Azərbaycana aprel ayında baş
tutmuş son səfəri və səfər çərçivəsində Bakı şəhərinin mərkəzi
prospektlərindən biri olan - Azadlıq prospektində Çingiz Aytmatovun
heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız
investisiya fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara
çatdırılması, İssık-Kul gölü ərtafında Azərbaycan tərəfindən böyük 5
ulduzlu otel kompleksinin tikilməsiəməkdaşlığımızın yüksələn xətlə
inkişafetməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyada
Qırğızıstanda ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla 6 otaqda
STEAM mərkəzi təchiz olunması uşaqlara olan onun sevgisinin
nümunəsidir.
Səfir Heydər Əliyevin haqqında danışaraq qeyd etmişdir ki, O, bizə
dövlət idarəçiliksirlərini öyrətmiş, insanlara qayğı ilə yanaşmağı nəsihət
etmişdir. Heydər Əliyev öz çıxışlarında həmişə bildirirdi ki, dövlət işində
hazırlıqlı yüksək mədəniyyət və mənəviyyata xas olan insanlar işləməlidir
ki, pisi yaxşıdan, xəyanəti səhvdən ayıra bilsin. Həmin şəxslər elə bir
səviyyədə olmalıdır ki, şairlə, akademiklə və bu kimi insanlarla söhbət edə
bilsinlər.
Daha sonra 20 saylı məktəb-gimnaziyanın 9-cü sinif şagirdi Kasımaliev
Edil çıxış edərək söyləmişdir ki, Prezident İlham Əliyevin dəvəti ilə
məktəbli yoldaşları ilə birgə Bakıda səfərdə olub. O, səfər zamanı Bakının
gözəlliyinə heyran qaldığını, Azərbaycan xalqının sadə və zəhmətkeş
insanlarına böyük hörmət və sevgisinin yarandığını söyləmiş, Heydər
Əliyev Mərkəzini ziyarət etdikdən sonra yaranan xoş təəssüratları ilə
bölüşmüşdür.
Məhz bütün gördüklərinin müəllifi Heydər Əliyevin olduğunu bilərək bu
dahi şəxsiyyətə qəlbində böyük hörmət hissi yarandığını vurğulamışdır.
Daha sonra tədbir gimnaziyada təhsil alan şagirdlər tərəfindən mədəni
şou proqramla davam etmiş, Azərbaycan və Qırğız dilində mahnılar ifa
edilmiş və rəqslər oynanılmışdır.
Tədbirin sonunda səfirlik tərəfindən şagirdlər üçün ziyafət təşkil edilib.