Məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq

13-05-2024, 16:39           
Məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq
Azərbaycanda məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq.

"DogruXeber.az" xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək məzuniyyət hüququndan istifadə ilə bağlı normaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təklifləri (iki təqvim həftəsi müddətində məzuniyyət günlərindən istifadə, məzuniyyət günlərinin kompensasiya ilə əvəz edilməsi ilə bağlı normaların təkmilləşdirilməsi və s.) hazırlayaraq adiyyəti üzrə təqdim etməsi tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru