Şahin Bağırov Mühafizə Xidmətinin rəisini təqaüdə göndərdi - Yerinə o gətirildi

13-05-2024, 18:13           
Şahin Bağırov Mühafizə Xidmətinin rəisini təqaüdə göndərdi - Yerinə o gətirildi
Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi işdən çıxarılıb.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, polkovnik Şıxəliyev Elçin Yavər oğlu Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Elçin Şıxəliyev

Polkovnik Mustafayev Mübariz İsa oğlu rəis müavini təyin edilib. Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb. Mübariz Mustafayev idarənin rəis əvəzi vəzifəsini icra edir.

Qeyd edək ki, 56 yaşlı polkovnik Mübariz Mustafayev Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. Vətən müharibəsi iştirakçısıdır. O, 25 ildən çoxdur DGK-da müxtəlif vəzifələrdə çalışıb.


Mübariz Mustafayev













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru