İran siyasətində məntiq olsaydı münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar

7-12-2022, 08:06           
İran siyasətində məntiq olsaydı münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar
İranın bir neçə dəfə Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Bakı ilə yanaşı Ankaranı da ciddi düşündürmüşdü. Ankaranın Tehranla münasibətləri bizimki qədər gərgin deyil. Ancaq Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi və Azərbaycanla birgə hərbi təlimlər vasitəsiylə Tehran xəbərdar etməliydi. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətindəki cümlələrin tamamı birbaşa Tehrana mesaj idi: “Çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək. Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək”.
Türkiyə-Azərbaycan birgə hərbi təlimləri İranda yaşayan fəal azərbaycanlıları öz haqları uğrunda mübarizəyə daha çox həvəsləndirir. Tehranın ağlı və məntiqi olsa, gərək bir daha Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsin. Ancaq məntiq olsaydı münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru