Almaniyada imperiya xülyalı təşkilatda həbslər ...- Putinin Almaniya üçün sürprizləri..

8-12-2022, 00:01           
Almaniyada imperiya xülyalı təşkilatda həbslər ...-
Almaniyada təhlükəsizlik qüvvələri tərəfindən antiterror əməliyyatı çərçivəsində 25 nəfər sağçı “Reyxsburqçular” ekstremist hərəkata mənsub şəxs saxlanılıb.
Təhlükəsizlik orqanları ölkənin federasiya quruluşunu tanımayan “Reyxsburqçular” sağ radikal hərəkatın üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
Ölkənin Ədliyyə Nazirliyi “Reyxsburqçular” sağçı ekstremist qrupun konstitusion legitim hakimiyyətə qarşı zorakı üsullarla çevriliş planlaşdırdığını bildirib.
Almaniya Federal Prokurorluğu bu gün səhər bildirib ki, onlar ölkədə konstitusiyon hakimiyyəti devirməyi planlaşdırıblar.
Federal Prokurorluq isə hərakat üzvləri arasından terror şəbəkəsini araşdırır.
Ədliyyə naziri Marko Buşman öz twitter hesanında yazıb ki, konstitusion hakimiyyətə qarşı silahlı hücumun planlaşdırıldığına dair şübhələr var".
Hakimiyyət orqanlarının məlumatına görə, əməliyyata 11 federal ştatın 3000-dən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.
Saxlanmalar təkcə Almaniyada deyil, Avstriya və İtaliyada da həyata keçirilib.
Saxlanılanlar arasında bir nəfər Rusiya vətəndaşı , daha 27 nəfər isə şübhəli şəxs qismindədir.
İstintaq iddia edir ki, sui-qəsd iştirakçılarından bəziləri kiçik silahlı dəstələr qismində Almaniya Bundestaqının binasına daxil olmağı planlaşdırıblar.
Bundan əlavə, sui-qəsdçilər Almaniya dövlətinin başçısı kimi zadəgan Reuss nəslindən olan 71 yaşlı XIII Heinrixi - XIII Heinrich hakimiyyətə gətirmək niyyətində imişlər.
Dəstə üzvlərinin bəziləri əvvəllər Almaniya silahlı qüvvələrində xidmət edib, bəziləri isə böyük hərbi postlar tutublar.
Təqsirləndirilənlər arasında sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan keçmiş Bundestaq deputatı, Almaniyanın ədliyyə naziri təyin edilməli olan hakim Birgit Malsack-Winkemann da var.
“Reyxsburqçular”ın həbsi Federal Ədliyyə Məhkəməsinin müstəntiq hakimləri tərəfindən verilən orderlər əsasında həyata keçirilib.
“Reyxsburqçular” AFR-i tanımır və özlərini “Alman Reyxinin” vətəndaşları hesab edirlər.
Özünü "Alman Reyxinin" vətəndaşları hesab edən dəstə üzvlərinin üzərindən dağılmış imperiyanın rekvizitləri olan alternativ şəxsiyyətlər və sürücülük vəsiqələri tapılıb.
Onu da qeyd edim ki, bu hərəkat 1980-ci illərdə yaranıb və 2017-ci ildə Almaniyada rəsmi 16 mindən çox tərəfdarı qeydə alınıb və həmçinin üzvlərindən AfD partiyasından bundestaq üzvləri - deputatlar var.
AfD partiyasının isə Almaniyada Qazpromdan maliyyələşməsi, seçki aktivlərinin isə rusiyadan olan miqrantların hesanına həyata keçirməsi haqqında məlumatlar var.
21-ci əsrdə imperiya qururmuşlar...
Yeganə Hacıyeva
P.S. Bəzi mənbələrin verdiyi məlumata görə bu cərəyanın üzdə görünən təşkilatçısı və ideoloyi rəhbəri Volfqanq Gerhard Günter Ebel olduğu deyilir. O, Varşava müqaviləsi ölkələrindən olan ADR-də yaşayıb və orada fəaliyyətdə olub. Doğrudur orada müəyyən dövlət əleyhinə tədbirlərin təşkilatçısı kimi qələmə verilsə də, bəzi mənbələrin verdiyi məlumata görə, keçmiş SSRİ-nin kəşfiyyat orqanlarının proektidir.
Əsasda bəzi politoloqların fikrincə bu Putinin Avropa üçün vəd etdiyi sürprizlərin bir hissəsidir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.