Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır – bizim sistem isə buna qadir deyil...

8-12-2022, 08:25           
Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır –
İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutan qanun dəyişikliyini imzalayıb.
Cinayət Məcəlləsinə də edilən yeni dəyişikliklərə əsasən isə 50 min manatdan yuxarı qanunsuz pul köçürmələrə görə həbs də nəzərdə tutulur – və bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir.
Teref.az yazır ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyir. Ekspert daha sonra fikirlərini şərh edərək deyir:
Amma və lakin belə qadağaların, məhdudiyyətlərin çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt vermir, yalnız 2 faktiki nəticə doğurur:
1) Sənəddə qanunsuz, qeyri-qanuni pul köçürmələr nə deməkdir – bunun aydın izahı və təsnifatı yoxdur. Deməli nəzarətedici orqanlara bu əlavə fürsət verir ki, sadə vətəndaşları, iş adamlarını incitsinlər, yəni, bu tam tərsi, korrupsiyaya yol açacaq,
2) Bu addımın nəticəsi olaraq “cibdən-cibə”, “əldən-ələ” pul köcürmələri artıracaq.
Heç kimə sirr deyil ki, ölkədə müəyyən sistem, şəbəkə qurulub ki, onlar vasitəsi ilə müəyyən % müqabilində Azərbaycandan dünyanın istənilən ölkəsinə istəlilən məbləğdə vəsaiti ötürmək mümkündür. Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq.
Bizim hökumət hələ də sovet düşüncəsi, o yanaşmanın inersiyası ilə davranır:
SSRİ zamanı ən sərt qanunlar, cəzalar belə nə “alverçiliyin” (əslində alverçilər əsl biznesmenlər idi), nə də qara valyuta bazarının qarşısını ala bilmədilər, çünki, dünya iki anlayışın – pulun və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil.
Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır – bizim sistem isə buna qadir deyil...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru