Bütün bu Yanların Xankəndinə necə gəlib getdiyini bilmək istəyirsiniz? - Buyurun oxuyun və sonra bilmirdik deməyin..

6-03-2023, 16:59           
Bütün bu Yanların Xankəndinə necə gəlib getdiyini bilmək istəyirsiniz? -
Teref.az olaraq bu byazını keçən il yəıni 28-12-2022-də qələmə almışdım. O zaman savaş dostum polkovnik Azay Kərimov arxa yollar (çoxları gizlin deyir, əslində gizlin zad deyil) barədə danışmışdı.Zatən biz bu yoillar barədə bilirdik, lakin nəzərə alsaq ki, pol Azay Kərimov yerlidir, keçmiş kəşfiyyatçıdır və əsasda o yollara tam bələddir. Qeyd etməkmistəyirəm ki, bu yollar barədə Laçın poljkunun nqəqərgah rəisi kapitan Rafiq Nağıyevdə dəfələrlə yazmışdı. Lakin diqqətə alınmadı və ya ......
Teref.az olaraq aktuallığını nəızərə alaraq 28-12-2022-də qələmə aldığımız "Bütün bu Yanların Xankəndinə necə gəlib getdiyini bilmək istəyirsiniz? - Buyurun oxuyun və sonra bilmirdik deməyin.." məqaləsini təqdim edirik!
http://teref.az/gundem/266337-butun-bu-yanlarin-xankendine-nece-gelib-getdiyini-bilmek-isteyirsiniz-.html
Teref.az yazır ki, bir çoxlarının bilımədiklərinə 1-ci Qarabağ savaşı veteranları və kadr zabitləri aydınlıq gətirə bilər. Nədənsə bizim MN-miz onların bilik və məlumatlarından istifadə etmədilər və etmirlər. Xankəndinə gedən yolun blokadaya alındığından arxayın olub, rus sülhməramlılarının və Qırmızı Xac -ın bəzi maşınlarının güya bizim nəzarətimiz altında gedib gəldiyini deyərk özümüzü arxayın salırıq.
Gəlin indidə 1-ci Qarabağ savaşının əvvəlindən axırına qədər səngərlərdə olmuş, müharibə illərində düşmən arxasında əfsanələrə çevrilmiş reydlər etmiş, əməliyyatlar keçirdmiş, minlərlə mülkü vətəndaşları ölümdən və əsarətdən qurtarmış, ermənilərlə üz üzə dəfələrlə savaşaraq bu savaşlardan qalib çıxmış polkovnik Azay Kərimova qulaq asaq. Görək cənab polkovnik nələri bizə və MN-nin yuxarı rütbəlilərinə başa salmaq istəyir.
Teref.az olaraq polkovnik Azay Kərimovun məqaləsini bəzi ixtisarlarla, lakin dilini və üslubunu saxlamaq şərti ilə sizlərə təqdim edirik.Polkovnik Azay Kərimov deyir:
" Xankəndinin arxa tərəfindən cixan maşin yolu birinci Kərcicahan kəndinə cixir,1 km -dən sonra Xəlifəli ,sonra Şirlan kəndi gəlir.Şirlan kəndindən cixan kimi isə 2 yol ayrimi var.Saga Lacinin Arduştu,və Minkəndinə ordanda Lacina cixir. sol tərəfə burulanda Lacinin Finggə kəndinə,ordanda 500 metrdən sonra , Xankəndi Lacin kooridoruna - şüşə kimi asfalt yola cixirsan ,yəni Turşu (Lisaqor) kəndinin alt hissəsinə,yəni hal-hazirda etrzcilarimizin dayandiqlari yerdən 60 km arxalarina. bu yol isə hec bir maneə olmadan düz İravana kimi gedir. yuxarida sadaladiqlarimin, adlarini cəkdiyim kəndlərin hamisi Azərbaycan kəndləridi və hec kimdə yaşamir. Bax, Arayik və qeyri -rəsmilər, başqalari etiraz edənllərin arxasindan Xankəndinə bu yolla gedib gəlirlər. Həmin yerdən Xankəndinə təxminən 15 km məsafədir.yol işlək vəziyyətindədir,TİR və yaxud uzun maşinlar hərəkət edə bilməsədə ,Ural,Zil,maşinlari ücün tam uygundu.UAZ- Salonlu Uaz ,və CİP, NİVA maşinlari isə böyuk surətlə hərəkət edirlər."
Daha sonra polkovnik qeyd edir:
"ŞUŞA alinandan sonra mən, şeypur, tütək, pioner balabani caldimki , kicik qrup hallarinda bu kəndlərə sizib ,əsgər kazarmasi yaratmaq lazimdi. axirda dodaqlarim suluqladi və yazmaqdan əllərim qabar oldu.(( Bu kəndləri və əlavə 37 kəndi unudub başladiq festivallara,gic-gic musiqi yarişlarina,və kimlərinsə Cidir düzünə ekuskursiyalarini təşkil eləməyə."
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru