Əhalidən pul toplayıb, Fondlar yaradıb bizə islahat adı ilə təqdim edən hökuməti...- İqtisadçı ekspert
8-03-2023, 11:30
Hökumət uşaqlar əziyyət çəkməsin deyə, alimentlərin verilməsi üçün fond yaradılmasını müzakirə edir...(mətbuat) Yəqin işsizlər əziyyət çəkməsin deyə, işləyənlərdən 1% sığorta pulu yığıb yaratdığı sistem kimi, evli olanlardan "boşanmamaq vergisi" tutacaq... Xatırladım ki, keçən il işləyənlərdən topladıqları 150 milyon manatdan çox vəsaitdən cəmi 8.5 milyon manatı işsizlərə xərclənib, yerdə qalanını yaratdıqları fondların saxlanılmasına və PR kompaniya adı altında keçirdikləri tədbirlərə xərcləyiblər... Aliment Fondu üçün bir "alternativ" mənbə də var, uşağı olan ailələrdən əlavə vergi tutsun və yeni Fonda toplasın, bu da olsun "uşaq pulu" müavinəti.... Onsuz da ölkədə ailələrin az qala 50% mövcud sosial-iqtisadi problemlər ucbatından dağılıb, uşaqlar atasız böyüyürlər, boşanma məhkəmə qərarlarının icrası da qalıb icra şöbələrinin korrupsioner və rüşvətxor, kobud icraçılarının əlində "qazanc mənbəyi"... Əhalidən pul toplayıb, Fondlar yaradıb bizə islahat adı ilə təqdim edən hökuməti hər halda bacarıqlı, kreativ adlandırmaq olar! Nazim Bəydəmirli Teref.az