Media seçkilərdən nə qazanacaq? - “Namizədlərin pul xərcləyəcəyi gözlənilmir”

20-01-2024, 00:00           
Media seçkilərdən nə qazanacaq? -
“Mövcud seçki prosesində medianın yüksək gəlir əldə edə biləcəyi gözlənilmir”.

Bu fikirləri fevralın 7-də keçiriləcək prezident seçkilərinin təşviqat mərhələsində medianın siyasi reklamdan gəlir əldə etmək imkanlarını dəyərləndirən Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərin bəziləri ilə davamlı əməkdaşlıq edildiyi üçün saytın qapıları hər zaman onların üzünə açıqdır:

“Seçki prosesi başladığı zamandan bəri namizədlərlə bağlı xəbərlər dərc edir, onlardan müsahibə və açıqlamalar alırıq. Seçki prosesi sonlanana qədər də yəqin ki bu fəaliyyətimiz və onlara dəstəyimiz davam edəcək.

Lakin medianın da bu proseslərdə qazanc əldə etməsi arzuolunandır. Çünki media özəl strukturdur və dövlətdən cüzi miqdarda maliyyə dəstəyi alır. Bu baxımdan, seçki kampaniyaları qazanc əldə etmək üçün fürsətdir.

Ancaq mövcud seçki prosesində medianın yüksək gəlir əldə edə biləcəyi gözlənilmir. Çünki seçkinin nəticələri indidən bəllidir. Fervalın 7-də prezident İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini toplayaraq yenidən prezident seçiləcəyinə şübhə yoxdur. Bir sözlə, siyasi analitiklər də, mütəxəssislər də bu proqnozu ictimaiyyətlə bölüşürlər.

Bu amili göz önünə gətirərək, digər namizədlərin mediaya külli miqdarda pul xərcləyəcəyi gözlənilmir. Ancaq istənilən halda seçki prosesi üçün sərf olunacaq vəsaitdən mətbuat da qazanc əldə edə bilsə, bütün media mənsubları sevinər. Çünki həqiqətən də, medianın dəstəyə ehtiyacı var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.