Əhməd əş-Şəraa: Müharibəyə hazırıq

Bu gün, 00:10           
Əhməd əş-Şəraa: Müharibəyə hazırıq
Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, bu, İsrailin Suriya ərazilərinə, o cümlədən Dəməşqə bombardmanlarına başlamasından sonra Suriya liderinin ilk bəyanatıdır.

"Biz bütün həyatımız boyu çağırışlarla mübarizə aparırıq və xalqımızı müdafiə edirik. Ancaq biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutduq. Suriya xalqı müharibədən qorxmur və əgər onun ləyaqətinə təhdid yaranarsa, mübarizə aparmağa hazırdır", - əş-Şəraa bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru