KİV: Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski axtarışa verilib Bu gün, 08:44 Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində federal axtarış elan edilib.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.Şahin Şıxlinskinin axtarışa verilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Facebook-da paylaş