"Sabah" UEFA Avropa Liqasında mübarizəni dayandırdı

Bu gün, 09:28           
"Sabah" UEFA Avropa Liqasında mübarizəni dayandırdı
"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Sele" (Sloveniya) komandası ilə qarşılaşıb və iki oyunun ümumi nəticəsinə əsasən mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda keçirilib.

Oyun əsas vaxtda Bakı klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda meydan sahiblərinin vurduğu qol həlledici olub.

"Sele"dən Franko Kovaçeviç (19 və 49-cu dəqiqələrdə) və Nikita Yosifov (108-ci dəqiqədə) fərqlənib. "Sabah"ın heyətində isə Coy Lens Mikels het-trik edib (9, 63 və 64-cü dəqiqələr)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru