Bakı dayandı, Moskva davam edir

Bu gün, 09:35           
Bakı dayandı, Moskva davam edir
Bu həftə Rusiyadan yenə azərbaycanlılara qarşı reydlər, azərbaycanlı iş adamlarına pul qarşılığında himayədarlıq etdiyi deyilən polis əməkdaşlarının saxlanması xəbərləri gəldi.

Yekaterinburqda Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski saxlanıldı. Şahin Şıxlinskinin özü axtarışa verilib. AzadlıqRadiosuna danışan iqtisadçı Zöhrab İsmayıl deyir ki, Kreml Azərbaycana təzyiq üçün oradakı miqrantlar kartını istifadə edə bilər, ancaq məsələnin dərinləşəcəyini düşünmür, çünki tərəflərin bir-birindən asılı olduğu məqamlar var.

"Bastrıkini güc strukturları dəstəkləyir"
İyunun sonunda Yekaterinburqda iki azərbaycanlının ölümüylə ilə nəticələnmiş polis reydindən sonra Bakı da bəzi addımlar atdı, amma üzdəki gərginliyi çox sürdürmədi. Prezident İlham Əliyevin iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü də tərəflərin Moskvanın təsirindən uzaqlaşması fonunda diqqət çəkdi.

Almaniyanın Bremen Universitetinin tədqiqatçısı Nikolay Mitroxin deyir ki, Rusiyada Azərbaycan diasporunun nüfuzlu şəxslərinə qarşı kompleks əməliyyat mafiyaya qarşı mübarizəyə yönəldildiyi bildirilən koordinasiyalı aksiyadır, amma Moskva ilə Bakı arasında uzanan münaqişə kontekstində siyasi çalar daşıdığı şübhəsizdir.

"Şübhəsiz, Moskvada Azərbaycanın ABŞ, Türkiyə və Avropa İttifaqı ilə əlaqələrinin güclənməsindən, o cümlədən bu qüvvələrin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin tənzimlənməsində fəal rolundan narazıdırlar. Amma biz bilmirik ki, Rusiya Azərbaycan tərəfə konkret hansı "yazılmamış qaydalar" irəli sürür (məsələn, Ukraynaya silah və sursat tədarükü, ya da Azərbaycanın İran əleyhinə koalisiyaya dəstəyi, yaxud Rusiya havadan müdafiə sisteminin Azərbaycanın təyyarəsini vurmasına media kampaniyanın əks-sədası ilə bağlı ola bilər). Buna görə də nə baş verdiyini anlamaq imkanlarımız məhduddur", - N.Mitroxin AzadlıqRadiosuna şərhində bildirib.

Təhlilçi bir məqamın aşkar olduğunu vurğulayır: "Putin Əliyevdən çox narazıdır və ona təzyiq göstərmək üçün Rusiyadakı diasporu istifadə etməyə qərar verib. Üstəlik, (Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr) Bastrıkin diasporlarla və miqrantlarla mübarizə kampaniyasına rəhbərlik edən şəxs kimi hərəkətə keçmək fürsəti üçün açıq-aşkar susayıb. Bu məsələdə onu güc strukturları dəstəkləyir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru