Sibiqa XİN başçısı vəzifəsində qaldı, Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib

Bu gün, 08:29           
Sibiqa XİN başçısı vəzifəsində qaldı, Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

A.Sibiqanın təyinatını 271 deputat dəstəkləyib. O, 2024-cü il sentyabrın 5-dən xarici işlər naziri postunu tutub.

Ukrayna Ali Radası keçmiş Baş nazir Denis Şmıqalı da müdafiə naziri təyin edib.

D.Şmıqalın Prezident Volodimir Zelenski tərəfindən irəli sürülən namizədliyinin lehinə 267 xalq deputatı səs verib.

Dünən V.Zelenski bütün lazımi sənədləri parlamentə göndərib və qeyd edib ki, D.Şmıqalın müdafiə naziri olmasını istəyir, çünki o, müdafiə sahəsində faydalı olacaq böyük təcrübəyə malikdir.

Prezident Müdafiə Nazirliyinin yeni rəhbərinin qarşısında duran prioritet vəzifələrdən birinin silah istehsalında ölkənin payının artırılması olduğunu deyib.

V.Zelenskinin sözlərinə görə, cəbhədə istifadə olunan silahların təxminən 40 %-i Ukrayna istehsalıdır və bu rəqəm yeni hökumətin fəaliyyətinin altı ayı ərzində 50 %-ə çatdırılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru