FETÖ-yə bütün əmlakını bağışladı -

Bu gün, 07:45           
FETÖ-yə bütün əmlakını bağışladı -
Türkiyədə FETÖ-nün maliyyə strukturuna qarşı keçirilən əməliyyat zamanı saxlanılan "HAKMAR" marketlər şəbəkəsinin sahibi Zeki Dorukun evindəki seyfdən "talisman duası" tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Məlumata görə, seyfdən çoxlu sayda qızıl-zinət əşyaları, vəsiyyət məktubu və bir dua çıxıb. Dorukun öz əli ilə yazdığı vəsiyyətnamədə bütün əmlakını FETÖ-yə bağışladığı qeyd olunur.

Seyfdə aşkarlanan duanın isə FETÖ lideri Fəthullah Gülən tərəfindən yazıldığı müəyyən edilib. Bildirilib ki, bu dua gizli təşkilatın üzvlərinə xüsusi olaraq verilən "talisman duası"dır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru