Bu il Azərbaycan mətbuatının yaranmasından 150 il ötür

Bu gün, 08:36           
Bu il Azərbaycan mətbuatının yaranmasından 150 il ötür
Bu il Azərbaycan mətbuatının yaranmasından 150 il ötür. Ölkədə ilk qəzet Əkinçi qəzeti 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulur. Bu tarixdən 1877-ci ilin Sentyabrınadək qəzetin cəmi 56 sayı işıq üzü görüb. Çar Rusiyası qəzetin insanların maarifləndirilməsindəki rolundan qoxuya düşüb və qəzet nəşrini dayandırıb. O vaxtdan mətbuatımız uzun tənəzzül və inkişaf dövrü keçib. Ümummilli lider Heydər Əliyev tərəfindən 16 avqust 1998-ci il tarixli fərmanla ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunur. Bu fərman ölkədə mətbuatın inkişafında mühüm rol oynayıb. Bu gün ölkəmizdə çoxsaylı xəbər saytları, informasiya agentlikləri, qəzetlər, radiolar, yerüstü və internet televiziyaları fəaliyyət göstərir. Dünyada gedən informasiya müharibəsində mətbuatımız günü-gündən inkişaf edir. Elə bir neçə il öncə 44 günlük vətən müharibəsində mətbuatımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamış bu sınaqdan üzü ağ çıxmışdır. Mətbuatımızın inkişafı ilə yanaşı bu gün jurnalistikaya maraq günü-gündən artır. Ölkədə yeni-yeni gənc jurnalistlər yetişir və müxtəlif media quruluşlarında fəaliyyət göstərirlər. Bu jurnalistlərin yetişməsində universitetlərlə yanaşı media məktəblərinində böyük rolu var. Bu gün ölkədə APA Jurnalistika məktəbi, AZTV akademiyası, Report Media Məktəbi, Baku TV media məktəbi və s. çoxsaylı media məktəbləri fəaliyyət göstərir. Bu media məktəbləri jurnalistika sahəsinə marağı olan bu sahədə istedadı olan onlarla, yüzlərlə gənclərin üzə çıxarılmasında və yetişdirilməsində onların bu sahədə uğurla fəaliyyət göstərməsində mühüm rol oynayır. Məndə bu media məktəblərinindən biri olan APA Jurnalistika məktəbini bitirmişəm. 16 yaşından sizin saytda daxil olmaqla Azərbaycan mətbuatının 90%-də ölkədə məni narahat edən məsələlər, müxtəlif sahələrlə bağlı məqalələrim, əksər saytlarda açıqlamalarım dərc olunsada ixtisas olaraq jurnalistikanı bitirmədiyim üçün bu sahədə fəaliyyət göstərə bilmirdim. APA Jurnalistika məktəbinin sayəsində jurnalistika sahəsində fəaliyyət göstərə biləcəm. APA Jurnalistika məktəbinin digər media məktəblərindən fərqli olaraq ən böyük üstünlüyü burda bizə sırf print media və ya sırf telejurnalistika sahəsində dərslər yox jurnaslistikanın hər iki sahəsi həm print media həmdə telejurnalistika sahəsində dərslərin keçirilməsidir. Buda gələcəkdə gənc jurnalistlərə jurnalsitikanın istənilən sahəsində fəaliyyət göstərə bilməsinə şərait yaradır. Hər iki sahə üzrə bizə jurnalistika sahəsində öz sözünü demiş əməkdar jurnalist Qabil Abbasoğlu və fəlsəfə doktoru, AZTV akademiyasının prorektoru Almaz Mahmud jurnalistikanın sirrlərini bizə öyrətdilər. Qabil müəllim və Almaz xanımla yanaşı, təlim boyu İlqar Əlfioğlu, Ramilə Qurbanlı, Afaq Vasifqızı, Bahəddin Həzi, APA Group-un rəhbəri Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyev, Lent az saytından Səbinə Əvəzqızı, Hafiz Heydərov, APA TV-nin direktoru Orxan Məmmədli, Vesti.az saytının redaktoru Nicat Hacıyev, APA TV-dən İlhamə Qasımlı, tanınmış hüquşünas Şamil Paşayev, foto-redaktor Vüqar Əlioğlu müxtəlif mövzular üzrə öz təcrübələrini bizimlə bölüşdülər. Hər birinə sonsuz təşəkkürümü bildirirəm. Bu gün APA jurnalistika məktəbinin yetirmələri həm APA həmdə digər mətbu orqanlarda çalışırlar. APA Jurnalistika məktəbində bizə yaradılan mükəmməl şərait, öyrəndiklərimiz bir yana mənim üçün APA-nın qapısından içəri daxil olmaq və hər zaman mediadan, sosial şəbəkələrdən izlədiyimiz dəyərli şəxslərlə eyni məkanda olmaq, onlarla eyni havanı udmaq mənim üçün özü böyük bir şərəfdir və həyatımda böyük bir hadisədir. Bu günə qədər ağılıma belə gəlməzdi ki, mən APA Jurnalistika məktəbini bitirərəm. Yaradılan şərait və məni bu məktəbə qəbul etdiyi üçün dəyərli müəllimim Qabil müəllimə və APA rəhbərliyinə ömrümün sonuna qədər minnətdaram. Bundan sonrada harda olmağımdan asılı olmayaraq bir insan yetişməsi üçün ömür boyu təhsil alsada insanın bünövrəsini qoyan ona öz adını yazmağı öyrədən ibtidai sinif müəllimi olduğu kimi mənimdə əlimdən tutub jurnalistikaya gətirən şəxs Qabil müəllim, Almaz xanım və APA-dır. Bu günə kimi həyatımda sanki nəsə çatmırdı. Çünki uşaqlıqdan jurnalist olmaq arzusunda olmuşam. Bu gün içimdəki o əksiklik yerini tapdı. Qabil müəllim sözün əsl mənasında sanki mənə ikinci həyat verdi. Bu məktəbi yaradan, əziyyətimizi çəkən başda Qabil müəllim, Vüsalə xanım Mahirqızı, Nurşən müəllim olmaqla hər kəsə öz dərin təşəkkürümü bildirirəm var olun. Çünki sizlərin var olması bu sahədə daha neçə-neçə istedadı olan şəxslərin üzə çıxması deməkdir. Var olun ki məsləhətə ehtiyacımız olduğu anda biz sizlərdən hər zaman öyrənə bilək. Sonda başda Teref.az saytının redaktoru Nürəddin Xoca və kollektivini, ustadlarım Qabil müəllim, Almaz xanım, APA rəhbərliyi və kollektivi olmaqla ölkədə bütün jurnalistlərin mətbuat gününü təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Mətbuatımızın neçə belə yubileylərini qeyd edək inşallah.
Ilkin Memmedkerimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru