Bu ölkə İsrailə sanksiya tətbiq edən ilk Avropa dövləti oldu

Bu gün, 10:34           
Bu ölkə İsrailə sanksiya tətbiq edən ilk Avropa dövləti oldu
Sloveniya hökuməti Qəzza zolağında vəziyyəti qızışdırmaqda ittiham etdiyi iki İsrail nazirinin ölkəyə girişini qadağan edib.

Bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Sloveniyanın sanksiyaları İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə aiddir.

“Onlar İordan çayının qərb sahilində qeyri-qanuni İsrail yaşayış məskənlərinin genişləndirilməsini, fələstinlilərin məcburi köçürülməsini müdafiə edirlər. Eyni zamanda mülki Fələstin əhalisinə qarşı zorakılığa çağırırlar”, – Sloveniya hökumətindən bildirilib.

Əlavə olunub ki, bu bəyanatlar Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyulunda qəbul edilən və İsrailin işğal olunan ərazilərdəki siyasət və praktikasına dair qərarına ziddir./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru