Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Bu gün, 08:38           
Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi
Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsillə bağlı şirkətin vətəndaşları aldatdığı iddia olunub…
Redaksiyamıza daxil olan məlumatda “Global STM” və “Aksaray” Xaricdə Təhsil şirkətlərinin çoxsaylı fırıldaqçılıqla məşğul olduğu bildirilir.
Qeyd olunur ki, sözügedən şirkətlərin sahibi Təbriz Zakir oğlu Əliyev xaricdə təhsil arzusunda olan çox sayda insanın fərdi məlumatlarının əks olunduğu sənədlər toplayıb. Həmin vətəndaşlardan pul da alan Təbriz Əliyev onları universitetlərə qəbul etdirəcəyi ilə bağlı vədlər verib. Xüsusilə Türkiyənin Qarabük Universitetindən saxta qəbul sənədləri əldə edərək onları aldadıb.

Bununla da yetinməyən Əliyev bir çox zərərçəkənin pasport və digər mühüm sənədlərini itirib. Gənclərin gələcəklə bağlı xəyallarını da darmadağın etdiyi bildirilən Əliyevdən şikayətçi olan vətəndaşlar pullarının və sənədlərinin qaytarılmasını, bu cür halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini tələb edirlər.Yeniçağ.az

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
xalq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru