Bakının bu əraziləri yenidən qurulacaq

Bu gün, 10:14           
Bakının bu əraziləri yenidən qurulacaq
"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.

TEREF xəbər verir ki, bu barədə memar Cahid Həsənov Metbuat.az-a məlumat verib.

Onun sözlərinə görə, Bakının bir çox hissəsində bu istiqamətdə işlər nəzərdə tutulub:

“Söküntü əsasən istismar müddəti başa çatmış, xüsusilə Sovetlər Birliyi dövründə inşa edilmiş binaları, o cümlədən “xruşşovka” tipli evləri əhatə edir. Bu məqsədlə xüsusi komissiya yaradılıb ki, bu da sevindirici hal kimi qiymətləndirilə bilər. Hətta fasadı estetik baxımdan şəhər görünüşünə uyğun olmayan inzibati və yaşayış binaları da siyahıya daxil ediləcək. Şəhərin estetik tərtibatına xələl gətirən bina fasadlarının da dəyişdirilməsi, memarlıq və şəhərsalma müstəvisində böyük iş olacaq”.

C. Həsənovun sözlərinə görə, söküləcək ərazilərdə yeni yaşıllıq zonalarının salınması da nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru