İsrafil Kərimov üçün özəl gün... - Həm həmkarımız, həm də dostumuz...

10-02-2024, 07:59           
İsrafil Kərimov üçün özəl gün... -
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlərvə dini qurumlarla iş şəbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı, tanınmış jurnalist İsrafil Kərimov özünün yubiley yaşını qeyd edir. Dia-az.info bildirir ki, İsrafil Kərimov bu vəzifədə olmasına rəğmən, eyni zamanda köhnə silahdaşları hesab etdiyi mətbuat işçilərilə sıx təmaslarını davam etdirən tək-tük simalardan biridir.

Biz də redaksiya olaraq bu gün 65 yaşını qeyd edən həmkarımızı, dostumuzu səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.

Qeyd edək ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub.

190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib.

Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib.
Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb. 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə, 2019-cu ilin noyabrında BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlərvə dini qurumlarla iş şəbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir.
“Tərəqqi”, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalları və bir sıra digər təltifləri vardır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Mətbuatda mütəmadi olaraq yazıları ilə çıxışlar edir.

Ailəlidir, iki övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.