Rusiya Dnestryanı vasitəsilə Moldovaya qarşı hərbi intervensiya həyata keçirdə bilərmi?

29-02-2024, 10:38           
Rusiya Dnestryanı vasitəsilə Moldovaya qarşı hərbi intervensiya həyata keçirdə bilərmi?
Rusiya yeni münaqişə ocağını alovlandırmaq istəyir. Məqsəd: Moldovanın NATO və Aİ-yə inteqrasiya vektorunu dəyişdirməkdir.
Regionda hərbi müstəvidə güc balansı, siyasi müstəvidə reallığı daha aydın görməyə imkan verəcək.
Hərbi aspektlərə toxunaq.
Hərbi sahədə Rusiyanın işğalı altında olan Dnestryanı rəsmi Kişinyova təzyiq göstərməkdə böyük rol oynayır. İstər bu bölgədə, istərsə də qonşu Qaqauziyada əhalinin böyük əksəriyyəti əsasən rusiyapərəstdir. Bundan əlavə, Rusiya Dnestryanıda hərbi kontingenti 1500 nəfər təşkil edir. "Dnestryanı silahlı qüvvələri"nin sayı 4000-8000 nəfərdir. Moldova Silahlı Qüvvələrinin tərkibində isə 8000 hərbçi var (ehtiyatda 65 min nəfər).
Kolbasnaya yaşayış məntəqəsi Dnestryanıda yerləşir. Bu yaşayış məntəqəsini başqalarından fərqləndirən, ərazisində çox böyük hərbi anbarın olmasıdır. Hal-hazırda fərqli mənbələrə görə həmin hərbi anbarda +- 20000 ton silah-sursat saxlanılır.
Kolbasnaya yaşayış məntəqəsinin Rusiya üçün strateji əhəmiyyəti var. Potensial hərbi gərginlik təqdirdə, məhz Kolbasnayada yerləşən anbara Rusiyada əlavə silah-sursatların göndərilməsi planlaşdırılırdı, indi isə bu mümkün deyil, ona görə ki, Ukrayna öz ərazisi üzərindən Rusiyanın Dnestryanı ilə bütün əlaqələri kəsib. Dnestryanı mühasirədə qalıb.
Rusiyanın Dnestryanıda hərbi potensialı budur. Bir tərəfdən də, Moldova, Rumıniya(NATO) və təbii ki Ukrayna. Hərbi potensiallar nisbəti müqayisəedilməzdir. Bu da, yuxarıda verilən suala(hücum edə bilərmi?) cavabdır.
Başqa sözlərlə, Rusiyanın uğurlu 2-ci cəbhə açmaq ehtimalı 0%-dir. Blef.
Kamran Jafarov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.