Süni intellektlə işləyən smartfon bazarının lideri müəyyənləşib

Bu gün, 11:14           
Süni intellektlə işləyən smartfon bazarının lideri müəyyənləşib
Bazarın 82%-i "Samsung" tərəfindən istehsal olunan süni intellekt dəstəkli smartfonlardan ibarətdir.
2024-cü ildə süni intellekt dəstəyi ilə təchiz olunmuş smartfonların satışında lider "Samsung" şirkəti olub.

Bu, "TechInsights" analitik şirkətinin araşdırması zamanı müəyyənləşib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2024-cü ildə Koreya korporasiyası süni intellektlə təchiz edilmiş smartfonlar bazarında birinci yeri tutub.

Araşdırmada qeyd olunur ki, "Samsung"un digər istehsalçılardan üstünlüyü çox böyükdür. Şirkətin bazar payı 82 faiz təşkil edir. "Samsung" bu uğuru əsasən "Galaxy S24" flaqman smartfonları sayəsində əldə edib.

Qeyd edək ki, "Samsung" sözügedən nailiyyəti çat-botlar, generativ süni intellekt və digər yeni texnologiyaların populyarlığını uğurla dəyərləndirməsi ilə əldə edib. Şirkətin bütün yeni telefonlarında "Galaxy AI" adlı neyron şəbəkə dəstəyi mövcuddur. Analitiklərin fikrincə, 2024-cü ildə İİ dəstəyi ilə təchiz edilmiş hər beş smartfondan dördü "Samsung" tərəfindən istehsal olunub.

Eyni zamanda, "Samsung"un əsas rəqibi olan "Apple" süni intellektin üstünlüklərini tam istifadə edə bilməyib. Amerika şirkəti "iPhone 16" ilə birlikdə öz neyron şəbəkəsini istifadəyə versə də, 2024-cü ildə bu texnologiyadan yalnız ABŞ-dəki istifadəçilər yararlana bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.