“Biz artıq dünyanın mərkəzi deyilik” — Borrell

30-11-2024, 11:29           
“Biz artıq dünyanın mərkəzi deyilik” — Borrell
“Avropa çoxdan dünyanın mərkəzi deyil, onun hazırkı vəziyyəti kövrəkdir”.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsini başa vuran Josep Borrell deyib.

“Avropalılar dünyanın mərkəzi olduqlarını düşünməyə davam edə bilməzlər, çünki bu belə deyil, biz artıq uzun müddətdir ki, mərkəz deyilik. Biz dünya əhalisinin 5%-ni təşkil edirik, qlobal iqtisadiyyatda çəkimizi itirmişik. Qabaqcıl sahələrdə əhəmiyyətli texnoloji geriliyimiz, çox aşağı doğum səviyyəmiz, çox zəif müdafiəmiz var”, - deyə diplomat əlavə edib.

Onun fikrincə, Ukraynada münaqişə Aİ üçün oyanış siqnalı olub.

“Amma söhbət təkcə oyanmaqdan deyil, həm də qalxıb işə başlamaqdan gedir, çünki zəmanə çətindir və Avropanın vəziyyəti kövrəkdir”, - deyə Borrel bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.