“Məleykə Abbaszadəyə aid kursların sonu yaxınlaşır, elə repetitorluğun da...”

18-04-2024, 10:54           
“Məleykə Abbaszadəyə aid kursların sonu yaxınlaşır, elə repetitorluğun da...”
TEREF xəbər verir ki, bu sözləri təhsil eksperti Məzahir Məmmədli sosial şəbəkə hesabında qeyd edib. Maraqlıdır, həqiqətənmi artıq repititorlara və hazırlıq kurslarına ehtiyac qalmayacaq?

Məzahir Məmmədli sözügedən mövzuya adir “Yeni Sabah”a geniş aşıqlama verib:

“Bildiyiniz kimi, mən bu məsələ ilə bağlı fikir bildirmişəm. Məsələnin həqiqətə uyğun olub-olmadığı ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə mənə zəng etdi. Təkzib edərək bildirdi ki, Məleykə Abbaszadəyə aid hazırlıq kursları fəaliyyət göstərmir. Bu isə məsələnin mahiyyətini dəyişmir. Söhbət builki nəticələrdən gedirsə, bunlar təbii ki, ürəkaçan məqamdır. Sual yaranır ki, maksimal nəticə göstərənlərin sayı necə bu qədər yüksəlib? Buna səbəb nədir, nəyin hesabınadır? Söhbət ondan gedir ki, DİM-in neçə il ərzində çap etdiyi dərs vəsaitləri hesabına imtahan sualları hazırlanırdı. Bunları da xüsusi hazırlıq keçən müəllimlər abituriyentlərə tədris edirdi və onlar da yüksək bal toplamağa nail olurdular. Ancaq bu il o sterootip qırıldı”.

Ekspert hazırlıq kurslarının gələcəkdəki aqibətindən də söz açıb:

“Göründüyü kimi, yüksək göstəricilər müşahidə olunur. Düşünürəm ki, Bakıda fəaliyyət göstərən hazırlıq kurslarına da həmin məsələ təsir edəcək. Həmçinin, sualları hazırlayan şəxslər məcburdular ki, onu proqrama uyğunlaşdırsınlar. Həmin proses və uyğunlaşma nəticəsində region məktəblərinin inkişaf etməsi gözlənilir. Nəticədə repititorluq peşəsi də yavaş-yavaş sıradan çıxacaq”.yensabah)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.